Güləm

Güləm

   -Tərkibi:

Yalnız bal arıları istehsal etdiyi güləm təbii şəkildə olur.
27 cür mikroelement
A, B, C, D, P, K, E vitaminləri
Fitohormonlar, antibakterial maddələrdən
Kalium-40%
Maqnezium-25%
Dəmir-17%
Kalsium-17%

   -Müalicəvi əhəmiyyəi:

Arılar çiçək tozunu toplayaraq bal və arı südü ilə qarışdırıb pətəkdəki yuvalara yığır, işçi arılar onları başları ilə yuvaya doldurur və üstünü şirələyirlər. Çiçək tozu bal və arı südü ilə biokimyəvi reaksiyaya girərək konservləşir və nəticədə kimyəvi cəhətdən çiçək tozundan fərqlənən daha qiymətli bir məhsula çevrilir, özündə arı südü, propolis və balın xüsusiyyətlərini birləşdirir. Güləm yeni süfrədən çıxmış arı balalarının 5 günlük yeməyidir, Güləmlə qidalanan arı sürfələrinin kütləsi 3 gündə 1500 dəfə artır. Güləm insan vücuduna enerji, güc verir və o qədər güclü bir təsiri vardır ki, qəbul etməyə başlayandan 1 gün sonra təsiri hiss olunur.
Bir zamanlar cinsi zəiflikdən və sonsuzluqdan əziyyət çəkən insanlar belə güləm vasitəsilə istəklərinə çatmışdılar. Yalnız bal arıları istehsal etdiyi güləm təbii şəkildə olur.
Güləm güclü qida və enerji mənbəyidir. Onun tərkibi çiçək tozunda olan maddələrlə yanaşı, üzvi turşular və fermentlərlə də zəngindir. Enterokolit, kəskin və xroniki kolit, disbakterioz, xroniki qəbizlik, nazik və yoğun bağırsaq xəstəliklərində yaxşı təsir göstərir. Yodla zəngin olduğu üçün güləmdən endokrin xəstəliklərdə, şəkərli diabet və endemik zobun profilaktikasında istifadə olunur. Çiçək tozu və güləm qanda xolesterini aşağı saldığına görə ateroskleroz mənşəli xəstəliklərdə, hipertoniya, beyin patologiyaları və ürəyin işemik xəstəliklərində müalicə vasitəsi kimi tətbiq edilir. Çiçək tozu dəmirlə zəngin olduğuna görə qanazlığında, cərrahi əməliyyatlardan sonrakı dövrlərdə, qan itirmələrdə, natrium, maqnezium və mineral duzlarla zəngin olduğu üçün damar xəstəlikləri və su-duz mübadiləsinin pozulmalarında istifadə olunur. Xroniki və kəskin hepatitlərdə, qara ciyər serozunda, prostatit və cinsi xəstəliklərin müalicəsində istifadə olunur.