Balın qaymağı

Balın qaymağı

     -Tərkibi:

      Balda lisizin maddəsi var. Bu maddə balın üz qabığında, yəni qaymağında dəfələrlə çox olur. Çox insan bilmir, amma baldansa balın qaymağında lisizin maddəsi 10 dəfə çoxdur, A vitamini isə yerköküdən 400 dəfə çoxdur. Balın qaymağı mikroelementlər, üzvi turşular, arı məhsulları, vitaminlərlə zəngin məhsuldur

     -Müalicəvi əhəmiyyəti

     Balın qaymağı çox faydalı arı məhsuludur. Arılar yığdıqları nektarı altıbucaqlı mum yuvaya, yəni şana yığır, bala çevriləndən sonra şanını mumla suvayaraq üzərinə pərdə çəkir, bir növ “möhür” vururlar. Bal qaymağı məhz pətəyin üstündəki “möhürdən”, yəni suvaqdan hazırlanır. Arılar balın xarab olmadan uzun müddət qalması üçün suvaq kimi işlətdiyi mumu propolis, bal, arı südü və çiçək tozundan hazırlayırlar. Bal qaymağı həmdə ona görə qiymətlidir ki, “möhür” işini 4 günlük bal arıları həyata keçirir. Mumu suvaq kimi işlətmək üçün arının çənə vəzilərindən ifraz olunan xüsusi yapışdırıcı şirənin tərkibi fermentlərlə zəngindir. Ona görə zabrus müalicəvi xüsusiyyətlərinə görə adi mumdan çox fərqlənir. Zabrusun tərkibində propolis, çiçək tozu, perqa, mum, bal var. Bu tərkib onun mikrob və iltihab əleyhinə, keyidici və biostimulyator keyfiyyətləri əsasında təbabətdə geniş istifadə edilir. Bal qaymağını bir neçə dəqiqə çeynəyib udandan 2 saat sonra onun aktiv komponentləri qanda, limfada və hüceyrəarası mayedə aşkarlanır. Onun qəbulu orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Diş əti xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, tüpürcək vəzi patologiyaları, sinusitlər zamanı effektiv təsirə malikdir. Nəfəs yollarını təmizləyir, asma xəstəliyinə, artrit, osteomielit, damaq xəstəliyinə qarşı, uşaqlarda vitamin çatışmazlığı zamanı istifadə olunur.

     -İstifadə qaydası:

     Qida əlavəsi kimi yeyilir,nəfəs yolları və iltihabi xəstəliklərdə 15 dəq çeynəmək tövsiyə olunur. Uşaqlar 3 yaşdan etibarən 5- 7 q olmaqla, Böyüklər 10 q-dan 2-3 dəfə yeyə bilər.