Naftalan Kurortu

Naftalan Kurortu

Naftalan müalicəvi neft yataqları Kiçik Qafqazın ətəklərində, Gəncə şəhərindən cənub-şərqdə yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yataqlarıdır. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə hələ Marko Polo söhbət açmışdır.

Naftalan neft yataqları maykop çöküntülərinə aiddir. Burada 7 neftli horizont aşkar edilmişdir ki, onların da ancaq ikisində müalicəvi neftə təsadüf edilir. O zeytunçalarlı qara-qonur rənglidir, özünəməxsus ətirli iyi var, tərkibində naften turşularının böyük miqdarı (0,8 - 3,0%) və naften karbohidrogenlərinin polisiklikliyinin yüksək olması ilə səciy­yələnir. O, başqa naftenlərdən öz “alışqansızlığı” ilə seçilir.

Naftalan kurortu rəsmən 1935-ci ildən fəaliyyət göstərir. 1957-ci ilədək kurort mövsümi işləmişdir və 1957-ci ildən il boyu fəaliyyət göstərməyə başlamışdır.

Naftalan nefti orqanizmə yaxşı təsir göstərərək onun ümumi reaktivliyini artırır. Neftdən istifadə etməklə müalicəvi prose­duraların aparılması insan orqanizminə ağrıkəsici, əks-iltihab və desensibili­zasiya təsiri göstərir, orqanizmdə trofika və maddələr mübadiləsini yaxşı­laşdırır, əsəb tellərinin keçiriciliyini bərpa edir, hərəkət pozğunluqlarını azaldır, ağrı hissiyyatı sərhədini artırır. Neft 70 xəstəliyin müalicəsində istifadə olunur:

• Muskuloskeletal sistemi xəstəlikləri
• Periferik sinir sistemi xəstəlikləri
• Periferik damar xəstəlikləri
• Dəri xəstəlikləri
• Ginekoloji xəstəliklər
• Xroniki prostatit

Naftalan Kurortu ( 8 gün / 7 gecə )

Birinci gün

1. Hava limanından otelə transfer

İkinci gün

1. Səhər yeməyi
2. Naftalana transfer
3. Naftalan otelində qeydiyyat 

Səkkizinci  gün

1. Səhər yeməyi
2. Bakıya yola çıxmaq

Daxildir:
- Otel
- Restoranda səhər yeməyi, nahar və şam yeməyi (Bufet).
- "Check-Up"
- Naftalan vannaları
- Fizioterapiya

Daxil deyil:
Aviabilet

Qeyd:
Proqram istəyinizə uyğun hazırlana bilər.