Lənkəran - Astara turu

Lənkəran - Astara turu

Azərbaycanın cənubunu əhatə edən Lənkəran – Astara təbii coğrafi vilayətinin tərkibinə Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad şəhərləri daxildir.
Azərbaycanın bu zonasının iqlimi burada sitrus bitkilərinin və meyvələrinin yetişdirilməsinə imkan verir. Onlardan çay, dəfnə yarpağı, feyxoa, naringi, kivi, portağal, limon və s. misal gətirmək olar.
Lənkəran çimərliklərinin ərazisi müalicəvi əhəmiyyəti olan qara qum ehtiyatlarına malik olduğundan müalicə məqsədləri üçün istifadə olunur. 
Cənub zonası həmçinin tarixi abidələri ilə də zəngindir. Lənkəran şəhərində Zindan qala, Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, Xan evi kimi tarixi abidələr qorunub saxlanılmışdır.
Masallı rayonu mineral müalicəvi suları ilə məşhurdur. Suyunun tərkibində hidrogen-sulfid, natrium-xlorkalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod olan sanatoriyalarında bir çox xəstəliklər müalicə olunur.
Azərbaycan milli kulinariyasında Cənub zonasının mətbəxi xüsusi yer tutur. Boranı plov, quş və balıq ləvəngisi, balıqlı kükü, fisincan bu zonanın məşhur yeməkləridir.

 

 

Azərbaycanın tarixi yerləri və abidələri haqqında daha ətraflı məlumat üçün keçidlər:

1. Masallı İsti su mərkəzi

2. Dairəvi Qala – Zindan

3.  Xan evi muzeyi

4. Lerik uzunömürlülər muzeyi

         Masallı - Lənkəran turu ( 3 gün / 2 gecə )

 

Birinci gün

1.Aeroportda qarşılama
2.Otelə transfer və yerləşdirmə


İkinci gün

1. Səhər yeməyi
2. Bakıdan yoladüşmə
3. Masallı İstisu mərkəzi
4. Günorta yeməyi
5. Yardımlı şəlaləsi (Təkdam)
6. Şam yeməyi (Lənkəran)
7. Lənkəranda otelə yerləşmə


Üçüncü gün

1. Səhər yeməyi
2. Dairəvi Qala - Zindan
3. Xan evi muzeyi
4. Sahilyanı gəzinti
5. Günorta yeməyi
6. Lerik Relax otel və kurort mərkəzi
7. Bakıya yoladüşmə


Daxildir:
Otel
Tərcüməçi-bələdçi
Transfer
Qidalanma
Muzeylərə giriş bileti

Daxil deyil:
Aviabilet

Qeyd: Proqram istəyinizə uyğun hazırlana bilər.