Şəhər turu

Şəhər turu

Bakı şəhəri Azərbaycanın paytaxtı, Xəzər dənizinin mirvarisi, Qafqaz bölgəsində ən böyük ticarət şəhəri və mədəni-tarix mərkəzidir.
Bakının iqlimi Aralıq dəniz tipli quru və subtropikdir. Mayın əvvəlindən başlayıb sentyabr ayının ortalarına kimi davam edən uzun yay quru və isti keçir. Bakıda qış mülayim keçir, belə ki, yanvar ayında orta temperatur 3-5 dərəcə olur. Qış adətən qar və şaxtasız keçən günəşli günlərdən ibarətdir.

Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri günümüzə qədər qorunub saxlanılmışdır:

İçərişəhər Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. İçərişəhərdə 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. Bu günə qədər qorunub saxlanılmış abidələrə Şirvanşahlar sarayını, Qız qalasının, Sınıqqala məscidini misal göstərmək olar.

Bakı mətbəxi dedikdə rəngarəng və çeşidli xörəklər göz önünə gəlir. Onların arasında dəvə qutabı, düşbərə, şah plov ən məşhurlardandır.

Ətraflı məlumat üçün keçidlər: 

  1. Dağüstü park
  2. İçərişəhər
  3. Şirvanşahlar sarayı
  4. Miniatür kitab muzeyi
  5. Qız qalası
  6. Bakı bulvarı
  7. Xalça muzeyi
  8. Müasir incəsənət muzeyi
  9. Heydər Əliyev mərkəzi



1. Oteldən transfer
2. Dağüstü park
3. İçərişəhər gəzintisi
  a. Şirvanşahlar sarayı
  b. Miniatür kitab muzeyi
  c. Qız qalası
4. Bakı bulvarı
5. Xalça muzeyi
6. Günorta yeməyi
7. Müasir İncəsət muzeyi
8. Heydər Əliyev mərkəzi
9. Otelə transfer


Daxildir:
Transfer
Nahar
Muzeylərə giriş bileti