Gəncə - Göygöl turu

Gəncə - Göygöl turu

Gəncə Azərbaycan Respublikasının sahəsinə görə Bakıdan sonra ikinci böyük şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq hissəsində, Gəncə-Qazax düzənliyində, Gəncə çayının hər iki sahilində yerləşir. 
1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin ilk paytaxtı Gəncə olmuşdur. 
Gəncənin məşhur turist məkanlarından Nizami məqbərəsi, Gəncə qapıları, Şah Abbas məscidi, İmamzadə türbəsi, Butulkalı ev, Göygöl Milli Parkı və Cavad xan türbəsini qeyd etmək olar.

Gəncənin ən məşhur və böyük parkı Xan bağıdır. Xan bağı 1700-cü ildə salınmışdır. Ümumi sahəsi 6 hektardır. Xan bağı Gəncə hökmdarı Ziyad xanın adı ilə bağlıdır. Burada 100-dən artıq ağac növləri və cinsləri vardır.
Azərbaycan milli kulinariyasının bir qolunu da Gəncə milli mətbəxi təşkil edir. Gəncə mətbəxini təmsil edən firni, paxlava, zilviyə, nazik kimi şirniyyat növlərini və eyni zamanda Gəncə dovğasını misal gətirmək olar.

Azərbaycanın tarixi yerləri və abidələri haqqında daha ətraflı məlumat üçün keçidlər:

  1. Gəncə abidələri
  2. Nizami Gəncəvi məqbərəsi
  3. İmamzadə məqbərəsi
  4. Butulka ev
  5. Xan bağı
  6. Göygöl
  7. Maralgöl

Gəncə - Göygöl turu ( 3 gün / 2 gecə )


Birinci gün

1. Aeroportda qarşılama
2. Otelə transfer və yerləşdirmə


İkinci gün

1. Səhər yeməyi
2. Bakıdan yola düşmə
3. Günorta yeməyi
4. Nizami Gəncəvi məqbərəsi
5. İmamzadə məqbərəsi
6. Şam yeməyi
7. Gəncədə otelə yerləşmə


Üçüncü gün

1. Səhər yeməyi
2. Şüşə ev
3. Xan bağı
4. Gəzinti
5. Günorta yeməyi
6. Göygöl
7. Maralgöl
8. Bakıya yola düşmə

Daxildir:
Otel
Tərcüməçi-bələdçi
Transfer
Qidalanma
Muzeylərə giriş bileti

Daxil deyil:
Aviabilet

Qeyd:
Proqram istəyinizə uyğun hazırlana bilər.