Kilim

Kilim

 Kilim — xovsuz xalça növləridən biri. Hər iki üzündən istifadə olunur. Kilim texnikasının əsasına da arğac ipinin ərişdən keçirilməsi təşkil edir.

Lakin cecimpalaz və şəddədən fərqli olaraq arğac toxunulan məhsulun bütün eni və ya uzunu boyu aparılmır. Kilimdə müxtəlif rəngli arğaclar bir cərgədə düzülə bilər. Beləliklə hər cərgədə müxtəlif rəngli iplərin sayını artırıb azaltmaqla toxucu şaquli istiqamətdə yönəlmiş həndəsi ornament zənginliyinə nail ola bilər. Zonasından və ənənəsindən asılı olaraq belə ornamentlər gah iri, gah da xırda formalı olurlar. Bəzən toxucu bir məmulatın toxunuşunda həm palaz, həm də kilim texnikasından istifadə edir. Bu da öz növbəsində toxunulan məhsulun bədii keyfiyyətlərini artırırdı.

Kilim texnikasında toxunan məmulat içərisində qədirqə xüsusilə qeyd olunmalıdır. Toxunuşuna görə kilimin bir növü olan qədirqənin iri şaquli formalı zolaqları vardır. Bu zolaqlar ardıcıl olaraq isti və soyuq çalarlardan təşkil olunur. Müxtəlif rəngli zolaqların kənarı boyunca onların konturunu təkrarlayan saya ip buraxılırdı.

  Texniki xüsusiyyətlərinə görə kilimləri istehsal mərkəzlərinə əsasən 5 əsas qrupa bölmək olar: Qazax kilimləriQarabağ kilimləriAbşeron kilimləriŞirvan kilimləri və Təbriz kilimləri. Bu kilimlərin səciyyəvi xüsusiyyəti kompozisiyanın tarazlığı, rənglərin ziddiyyəti və dəqiq simmetriya, iri və xırda romb və qarmaqvari elementlər qismində, daha qabarıq və ifadəli ənənəvi naxışdan ibarətdir