Vərəmum

Vərəmum

    Vərəmum – bitkilərin tumurcuglarının arılar tərəfindən toplanmış qətranabənzər müalicəvi məhsul. Çox güclü antibiotik, antivirus və antiseptik xassəyə malikdir. Çox güclü ağrıkəsicidir. Bu xassəsinə gorə vərəmum hatta kokaini üstələyir. Bərpaedici, antitokcik, ümumi mohkəmləndirici, iltihab əleyhinə, ətirləndirici və s. xassələrə malikdir. Güclü antimikrob, antimkotik (göbələk əleyhinə), antivirus, ağrıkəsici və soyuqdəymə əleyhinə təsirə malikdir.
Bütün dəri xəstəlikləri, adi və uzun müddət sağalmayan yaralar, mədə xorası, onikibarmaq bağarsağın yaraları, soyuqdəymə xarakterli ginekoloji xəstəliklər, babasil, nevritlər, radikulitlər, ağ ciyərin vərəmi. Vərəmum çox mürəkkəb tərkibə malikdir. Onun tərkibində 3%-ə qədər şan- ali karbol turşularının və ali spirtlərin qarışığı , bitki qətranları, (50-55%) efir yağları, (8-10%) bitki mənşəli fenollar, büzücü maddələr, polisaxaridlər, amin turşuları, mineral düzlar, qlükozidlər, anyibiotiklər, makro- və mikroelementlər(Ca,Mg, P, K, Mn, Co, Zn, Cu) , vitaminlər(A, C, B1, B3,B6,PP, E, pantoten turşusu) və çoxlu sayda daha az miqdarda mürəkkəb üzvi birləşmələr var. Tərkibi 55%-ə qətran və balzamdan, 10%-ə qədər efir yağlarından , 30%-ə qədər mum, 5%-ə qədər güləm, habelə sink, maqnezium, alüminium, vanadium, dəmir, kalsium, stibium, stronsium, müxtəlif turşular, antibiotiklərdən ibarət olur.