Vərəmum cövhəri

Vərəmum cövhəri

  -Tərkibi:

3%-ə qədər şan- ali karbol turşularının və ali spirtlərin qarışığı , bitki qətranları, (50-55%) efir yağları, (8-10%) bitki mənşəli fenollar, büzücü maddələr, polisaxaridlər, amin turşuları, mineral düzlar, qlükozidlər, anyibiotiklər, makro- və mikroelementlər(Ca,Mg, P, K, Mn, Co, Zn, Cu) , vitaminlər(A, C, B1, B3,B6,PP, E, pantoten turşusu) və çoxlu sayda daha az miqdarda mürəkkəb üzvi birləşmələr var.
Tərkibi 55%-ə qətran və balzamdan, 10%-ə qədər efir yağlarından , 30%-ə qədər mum, 5%-ə qədər güləm, habelə sink, maqnezium, alüminium, vanadium, dəmir, kalsium, stibium, stronsium, müxtəlif turşular, antibiotiklərdən ibarət olur.

  -Müalicəvi əhəmiyyəti:

Vərəmum (Propolis) – bitkilərin tumurcuglarının arılar tərəfindən toplanmış qətranabənzər müalicəvi məhsuldur.
Tumurcuqlar bitkilərin yenicə doğulmuş, ən zərif və ətraf mühitə qarşı ən həssas hissəsidir. Müdafiə təbəqəsi tumurcuqları ətraf mühitin dəyişkənliklərindən, müxtəlif ziyanvericilərindən, istisindən, soyuğundan qorumaq məqsədi daşıyır, tumurcuq zədələndikdə isə onun bərpasında mühüm rol oynayir. Çox güclü antibiotik, antivirus və antiseptik xassəyə malikdir. Çox güclü ağrıkəsicidir. Bu xassəsinə gorə vərəmum hatta kokaini üstələyir. Bərpaedici, antitokcik, ümumi mohkəmləndirici, iltihab əleyhinə, ətirləndirici və s. xassələrə malikdir. Bütün by xassələr bitkilərə tumurcuqlarını, arılara isə özlərini və yuvalarını müxtəlif xəstəliklərdən, zərərvericilərdən, ətraf mühitin əlverişsiz təsirlərindən qorumağa kömək edir.
Güclü antimikrob, antimkotik (göbələk əleyhinə), antivirus, ağrıkəsici və soyuqdəymə əleyhinə təsirə malikdir.
Bütün dəri xəstəlikləri, adi və uzun müddət sağalmayan yaralar, mədə xorası, onikibarmaq bağarsağın yaraları, soyuqdəymə xarakterli ginekoloji xəstəliklər, babasil, qripp, nevritlər, radikulitlər, ağ ciyərin vərəmi (4-10 ay ərzində müalicə edir.

   -İstifadəsi:

  Yaşdan asılı olaraq 10-25 damcı arası 100 ml suya qatıb gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir.