Homogenat

Homogenat

  Homegenat çox qiymətli bioloji aktiv qidadır. Tərkibində zülallardan, təbii şəkildə testestoron, progestoron, ekstradiol kimi insana lazım olan hormonlar var. Eləcə də bütün vitamin qrupları (vitamin D-nin miqdarı isə balıq yağında olduğundan dəfələrlə coxdur) homogenatın tərkibində yer alır. Arı məhsulları içərisində vitamin zənginliyinə görə birincidir. Qadın və kişi cinsi xəstəliklərinin müalicəsi üçün əhəmiyyətlidir. Klimaks xəstəliyinə çox əhəmiyyətli dərəcədə köməklik edir. Homogenat son dərəcə kişi reproduktiv orqanlarına faydalı təsir göstərir, kişi sonsuzluğuna kömək edir.

   -Tərkibi:

Zülallaar
Testosteron
Progestoron
Ekstradiol
Vitaminlər – A, E, B1, B2, B3, B5, B6
Vitamin D-nin miqdarı isə balıq yağında olduğundan dəfələrlə coxdur

   -Müalicəvi əhəmiyyəti:

İştahı artırır, yuxunu nizama salır
Mərkəzi sinir sistemini nizamlayır
Arterial təzyiqi nizamlayır, qan-damar sisteminin işini normallaşdırır
Fiziki və əqli iş qabiliyyətini artırır
Endokrin və sinir sistemlərinə faydalı təsir göstərir
Kişi və qadınların cinsi fəaliyyətinin bərpa edilməsinə kömək edir
Çətin idman növləri ilə məşğul olan insanlar üçün dəyərli qida məhsuludur
Atersklerozun qarşısını alır, qanda xolesterinin miqdarını azaldır

   -İstifadəsi:
150 ml ilıq suya 1 çay qaşığı qatıb ac qarnına gündə 1 dəfə səhər içmək, 30 dəqiqə yeməkdən əvvəl.