Çiçək tozu

Çiçək tozu

    -Tərkibi

Proteinlər(zülallar) – 11 – 35%
Karbohidratlar (qlükoza, fruktoza,saxaroza) – 20 – 39%
Lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20%
Makroelementlər (K, Ca, P, Fe, Mg)
Mikroelementlər (Mn, Cr, Zn, I və sair).
Vitaminlər: karotinoidlər (provitamin А), С, Д, Е, В qrupu, Р, РР, К)
Bütün əvəzedilməz amin turşuları
Fitoharmonlar, flavonoidlər, su – 3 – 4%

-Müalicəvi əhəmiyyəti:

Tozlanma zamanı bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi ilə yaranan arıçılıq məhsuludur. Çiçək tozu stressə qarşı davamlığı artıra, immun sistemini stimullaşdıra, radiasiyaya davamlığı artıra, qara ciyər toxumasının funksiyalarını bərpa edə bilir. Məhsul qanda xolesterinin miqdarını azaldır, qan-damar sisteminin işini yaxşılaşdırır, həzm prosesini normallaşdırır, sidik və öd ayrılmasını stimullaşdırır, bağırsaqda mikroorqanizmlərin inkişafını ləngidir və funksiyasını tənzimləyir, orqanizmin müxtəlif xarici faktorlara müqavimətini artırır, fiziki və əqli iş qabiliyyətini artırır, dərinin vəziyyətini yaxşılaşdırır və cavanlaşdırır,kişi cinsiyyət qabiliyyətini artırır. Çiçək tozu vitaminlərin və natural harmonların təbii xəzinəsidir. Bu bitkilərin həyata başlanğıc verən cinsiyyət hüceyrələridir. Çiçək tozunun fermentləri hüceyrələrdə gedən mübadilə proseslərini təmin edir, onun bioloji aktivliyini artırır, yəni hüceyrənin bölünmə və bərpa qabiliyyətini artırır. Çiçək tozunun tərkibində insanın qida ilə almalı olduğu bütün amin turşuları var. Bu amin turşularını orqanizm özü istehsal edə bilmir.Çiçək tozunda 27 mikroelement tapılıb. Bunların arasında ürək əzələlərini qorumaq üçün orqanizmə lazım olan kalium, qan yaratmaq üçün zəruri olan dəmir, mis və cinsi fəaliyyət üçün zəruri olan kobalt var.