Arı südü

Arı südü

      Arı südü cavan arılarda xüsusi vəzlərdə yaranır və spesifik iyə, dada malikdir. Arı südünün tərkibi mürəkkəbdir. Onda zülallar, yağlar, karbohidratlar, vitaminlər, var. Amma zülallar və vitaminlər üstünlük təşkil edir. Arı südü immuniteti gücləndirir və ömrü uzadır. Bunun sübutu isə, yalnız arı südü ilə qidalanan ana arıdır, çünki normal arılar 45-50 gün yaşayarkən, ana arılar 5 il yaşayır.

    -Tərkibi:

Su – 65%
Zülallar 14-18% (əsasən albuminlər və qlobulinlər)
Arı südünün zülalları tərkibcə insan qanı zərdabının zülallarına yaxındır
Karbohidratlar 9-18% (qlükoza, fruktoza, saxaroza)
Vitaminlər A, D, C, B1, B2, B3, B6, B12, B15, H, E, PP, pantoten turşusu
Ali karbon turşuları (kəhrəba, palmitin, stearin və sair turşular)
Cinsiyyət hormonları (estradiol, testosteron, proqestron)
Mineral duzlar
Protein, fosfor, sulfid, kalium, kalsium, maqnezyum,dəmir, asetilxolin
Stearinlər
Fermentlər – amilaza, katalaza, invertaza, proteaza, xolinesteraza, turş fosfotaza
Lipidlər

    -Müalicəvi əhəmiyyəti:

Yaşlı adamların həyat tonusunun qaldırılması
Xroniki qastrit
Anemiya
Stenokardiya və ateroskleroz
Görmənin azalması
Xroniki qidalanma və bağırsaq pozğunluqları
Uşaqlarda böyümə və inkisaf ləngiməsi
Əsəb sisteminin sakitləşdirilməsi
Maddələr mübadiləsinin pozulması
Ürəyin işemik xəstəliyi
Kişi cinsi zəifliyi
Kişi xroniki prostatiti
Arterial təzyiqin stabilləşdirilməsi
Mərkəsi sinir sisteminin funksional pozğunluqları
Mədə və onikibarmaq bağırsağın xorası
Sidik və öd yollarının xroniki xəstəlikləri
Ürək və qan-damar sistemi xəstəlikləri: anemiya, ürək ritminin pozulması, ürəyin işemiyası

   -İstifadəsi:

Saf arı südü profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün gündə 1 dəfə 1/2 qram dilin altına qoymaqla qəbul olunur. Qan azlığının qarşısının alınması üçün çox təsir edici gücə malikdir.