Arı ölüsü cövhəri

Arı ölüsü cövhəri

   -Tərkibi:

Arı ölüsünün tərkibi faydalı maddələr vitaminlər, zülallar, melaninlər, heparin və heparoidlərdən ibarətdir. Ən qiymətli maddələr-iltihablaşma prossesini boğan, qan təzyiqini normalaşdıran və damarları möhkəmləndirən heparin və heparoidlər isə ölü arının xitin örtüyündə, yəni zirehindədir.

  -Müalicəvi əhəmiyyəti:

Arı ölüsünün cövhəri sterptokkoların və rəngsiz uzun bakteriyaların-spiroxetlərin qənimidir. Dəri problemi ekzema, psoriaz, qurdeşənəyi hətda eplepsiya kimi xəstəliklərdə müalicə metodu kimi istifadə olunur. Prostat vəzin adenomasının və cinsi zəifliyin müalicəsində istifadə edilir. Arı ölüsü immuniteti yüksəldir. Qanı və qanla birlikdə bütün orqanizmi təmizləyir ki, bu da insanın cavanlaşmasına səbəb olur. Mədə xorasının sağalmasına yardımçı vasitədir.
Ölü arılardan hazırlanmış dəmləmələr damarların elastikliyini artırır, damarları təmizləyir, xolesterolun səviyyəsini və arterial təzyiqi aşağı salır. Bu vasitələr qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, varikozun inkişafından qoruyur.