Trekinq Ismayıllı

Trekinq Ismayıllı

Talıstan kəndi - İsmayıllı rayonunun ərazisində yerləşən kənddir.Kənd əhalisi tatlardır.İsmayıllı rayonundan 14 km məsafədə yerləşir.

Qaranohur gölü -Qaranohur gölü İsmayıllı rayonunun ərazisində 1540 m yüksəklikdə yerləşir. Tektonik göl olan Qaranohur gölü bənzərsiz gözəlliyi

ilə insanları özünə cəlb edir.

Köhnədaxar kəndi- “Lahıc” turizm zonasında, “İsmayıllı-Lahıc”şossesindən 5 kmaralıda yerləşir. Kəndin əhalisi 109 nəfərdir.Kəndin adı köhnə (qədim) və tat dilindəki dahar (qaya) sözlərindən ibarət olub, “qədim qaya” mənasındadır.

Zərnava Kəndi - İsmayıllı rayonunun dağ kəndidir.Lahıc qəsəbəsi yolunun sağ və Girdiman çayın sağ yamacında yerləşən kənddir. Kəndin əhalisi 601 nəfərdir. Əhalisi əsasən kənd təsərüfatı, maldarlıq və arıçılıqla  məşğul olur. Lahıc yolundan 8 km məsafədə yerləşir.

Niyaldağ -Böyük Qafqazdan cənub-şərqdə Baş Qafqaz silsiləsindən ayrılıb dəniz səviyyəsindən 2083 m hündürlükdə yerləşir.Niyaldağ müxtləlif növ tibbi əhəmiyyətli bitkilərlə zəngindir.

Lahıc qəsəbəsi-Lahıc Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olub xalq sənətkarları, özünəməxsus adət-ənənələri  və gözəl təbii landşaftı ilə məşhurdur.O, Azərbaycanın paytaxtı Bakıdan şimal-qərbdə 180 km yerləşir.Relyefi əsasən dağlıq olmaqla dəniz səviyyəsindən 1200-1500 m hündürlükdədir.

Sulut kəndi- İsmayıllı rayonunun ən qədim kəndlərindən biridir. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Kənddə Sulut abidələri adlanan, orta əsrlərə aid yaşayış yeri, Buzxana, Cümə Məscidi, Qıcılıq adlı yerdə qala, məqbərə və s. mövcuddur. Ağsu çayının sağ qolu olan Sulut çayının ətrafında Haram qalası, Qırxotaq qəsri, Fitdağ qalası kompleksləri yerləşir. Qazıntılar zamanı maddi-mədəniyyət nümunələri, o cümlədən müxtəlif əşyalar və 13-15 əsrlərə aid mis və gümüş sikkələr tapılmışdır.

İsmayıllı trekinq ( 4 gün / 3 gecə 180 $ başlayaraq )

Talıstan kəndi-Qaranohur gölü-Köhnədaxar kəndi-Asma körpü-Zərnava Kəndi-Niyaldağ-Lahıc qəsəbəsi –Sulut kəndi trekinq marşurutu

1-ci gün (Marşrut 1)

Talıstan kəndi- Qaranohur gölü çadırda gecələmək.
2-ci gün (Marşrut 2)

Qaranohur gölü- Zərnava kəndində çadırda gecələmək.

3-cü gün (Marşrut 3)

Zərnava kəndi -Niyaldağ-Lahıc qəsəbəsində gecələmək.

4-cü gün(Marşrut 4)

Lahıc qəsəbəsi -Sulut kəndi.

Turun qiymətinə daxildir:

1.Nəqliyyat

2.Dağ bələdçisi

3.Milli parka giriş biletləri

4.Tərcüməçi

5.Ləvazimatlar

-Çadır

-Yataq kisəsi

-Matras

-Ocaq və yemək bişirmə dəsti

-Baş fənəri

-Kürək çantası 60-70L

-Yürüş çomaqları

İştirakçı tərəfdən gərəkən ləvazimatlar:

Dağ ayaqqabısı,su keçirməz isti şalvar və gödəkcə (GOR-tex) ,ocaq,çadır,baş fənəri,tozluq,papaq, eynək, əlcək və s.

Qeyd 1. Turun qiyməti qrup sayına görə dəyişir.

Qeyd 2. Qidalar iştirakçı tərəfindən gətirilməsi vacibdir. (dağda hər kəsin özünə məxsus yeməkləri olur )

Qeyd 3. Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür mənfilik qarşısında, tur proqramında dəyişiklik etmə və ləğv haqqına malikdir.