Şirvan Milli Parkı Trekinq (2 günlük)
Şirvan Milli Parkı- 2003-cü ilin 5 iyul tarixində Kür-Araz ovalığında (Salyan rayonu) yaradılıb.Yaradılmasında əsas məqsəd ceyranların qorunması,həmçinin "Qırmızı kitab"a düşmüş o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir.
Mühüm növləri: Ceyran,canavar,çaqqal,qamışlıq pişiyi,dovşan, ərəbdovşanı,su-bataqlıq quşları,yırtıcılar,qızılqaz,bəzgək və.s növlərdir.
Bəndovan palçıq vulkanı- Vulkan Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində, Şirvan Milli parkının ərazisində yerləşir. Mütləq hündürlüyü 47 m, nisbi hündürlüyü isə 87 m-dir.
Qızılqaz gölü -Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir.
Ətraflı məlumat üçün keçid:
Şirvan Milli Parkı
Şirvan Milli Parkı Trekinq ( 2 gün / 1 gecə 50 $ başlayaraq )
1.Şirvan Milli parkı Qapı- Bəndovan palçıq vulkanı- Xəzər dənizi sahili -30 km
2.Bəndovan dağı-Qızılqaz gölü–Çardaq - Şirvan Milli parkına giriş 36 km
Gün 1. Bakıdakı oteldən Salyan şəhərinə yola düşürük (2 saat).Milli parkın girişindən Bəndovan vulkanına yürüşümüzə başlayırıq.Yürüş məsafəmizin uzunluğu 30 kmdir.Bəndovan dağının Xəzər dənizi sahilində çadırlarımızı qurub gecəni burda keçiririk.
Gün 2. Səhər saat 09:00 – Xəzər dəniz sahili ilə Qızıl qaz gölünə yola düşürük.Qızıl qaz gölündə quşları müşahidə edib Çardaq müşahidə evində yürüşümüzü tamamlayırıq.
Turun qiymətinə daxildir:
İştirakçı tərəfdən gərəkən ləvazimatlar:
Çanta 60-70L,dağ ayaqqabısı,su keçirməz isti şalvar və gödəkcə (GORE-TEX),yürüş çomaqları, mətbəx ləvazimatları,ocaq,çadır,baş fənəri,tozluq,papaq,eynək,əlcək, kaska,kranpon və s.
Müxtəlif məlumatlar: