İstisu sanatoriyası

İstisu sanatoriyası

İstisu Masallı rayonunda yerləşən sanatoriyadır. Sanatoriya Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Bu suların tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə edir.

İstisuyun həqiqətən də müalicəvi olmasını XX əsrin 60-ci illərində Masallıdan olan həkim-alim Mirkazım Aslanlı Sarəng sübut edib. O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparaq kəşfi təsdiqləyiblər. 1971-ci ildə Masallı İstisu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb.
Yardımlı yolundan baxanda qarşı dağın qoynundakı İstisu şəfa ocağı yığcam, müasir bir düşərgəni xatırladır. İstisu sanatoriyasında eyni vaxtda 200-dək adamı qəbul etmək və xidmətində durmaq mümkündür. Sanatoriyaya hətta xaricdən də insanlar müalicəyə gəlir. Mirkazım Aslanlı Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, psoriaz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri, pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.

Masallı İstisu Sanatoriyası  ( 6 gecə / 7 gün )


Birinci gün


1. Hava limanından otelə transfer


İkinci gün

1. Səhər yeməyi
2. Masallıya transfer
3. Masallı İstisuda qeydiyyat 


Yeddinci gün

1. Səhər yeməyi
2. Bakıya yola çıxmaq


Daxildir:
- Rahat otaqlarda gecələmə.
- Restoranda səhər yeməyi, nahar və şam yeməyi.
- "Check-Up"
- İstisu vannaları
- Fizioterapiya

Daxil deyil:
Aviabilet

Qeyd:
Proqram istəyinizə uyğun hazırlana bilər.