Quba - Xınalıq turu
Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir. Bu regiondakı Şahdağ qış-yay turizm kompleksi dünyanın ən böyük milli parklarından birində yerləşir və Qafqazın ən böyük xizək kurortudur.
Quba tarixi abidələrlə zəngindir. Bu abidələr içərisində Cümə, Ərdəbil, Hacı Cəfər, Səkinəxanım məscidləri, Baba Rüstəm, Ağbil türbələri, Gümbəzli hamam, Söhüb qalası, qaranlıq dərə və başqa memarlıq abidələri diqqəti cəlb edir.
Rayonun ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir.
Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir.
Rayonda müalicəvi əhəmiyyətə malik olan Xaltan isti suyu, Vero suyu, Təngə dərələrində müalicə keyfiyyəti Truskavts mədən suyuna oxşar “Quba naftusu”dan, saf bulaq sularından minlərlə turist istifadə edir.
Azərbaycan milli kulinariyasında Quba milli mətbəxi xüsusi yer tutur. Quba tıxması, paxlavası, bükməsi kulinariyamızda ən məşhur şirniyyatlardandır.
Azərbaycanın tarixi yerləri və abidələri haqqında daha ətraflı məlumat üçün keçidlər:
Quba - Xınalıq turu ( 3 gün / 2 gecə )
Birinci gün
1. Aeroportda qarşılama
2. Otelə transfer və yerləşdirmə
İkinci gün
1. Səhər yeməyi
2. Bakıdan yola düşmə
3. Qəçreş
4. Təngəaltı
5. Günorta yeməyi
6. Afurca şəlaləsi
7. Şahdağ Mountain Resort
8. Şam yeməyi
9. Otelə qayıdış
Üçüncü gün
1. Səhər yeməyi
2. Qırmızı qəsəbə
3. Quba soyqırım məzarlığı
4. Günorta yeməyi
5. Xınalıq kəndi
6. Bakıya qayıdış
Daxildir:
Otel
Tərcüməçi bələdçi
Transfer
Qidalanma
Muzeylərə giriş bileti
Daxil deyil:
Aviabilet
Qeyd:
Proqram istəyinizə uyğun hazırlana bilər.