Şamaxı - Şəki turu
Şamaxı rayonu Azərbaycanın tarixi vilayəti, keçmiş Şirvanşahlar dövlətinin yerləşdiyi qədim Şirvanın mərkəzidir. O, Böyük Qafqazın cənub – şərq yamaclarında yerləşir.
Şamaxı rayonu Azərbaycanın ən iri üzümçülük mərkəzidir. Şamaxı şərabları təkcə yerli bazarda məşhur olmayıb, hətta keçmişdə belə beynəlxalq sərgilərdə medal və diplomlara layiq görülmüşdür.
Şamaxı qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. Cümə məscidi (VIII-X əsrlər), Pir Mərdəkan türbəsi (XIII-XIV əsrlər), Şahəndan türbəsi (XVII əsr), 7 türbədən ibarət olan Yeddi gümbəz kompleksi (XVIII əsr), əfsanəvi Qalayi – buqurt qalasının qalıqları (XII-XVI əsrlər) bu abidələrə misaldır.
Qəbələ rayonu Azərbaycanın şimal – qərb hissəsində yerləşir. Bu region çox qədim tarixə malikdir. Hələ neolit dövründə burada yaşayış olmuşdur. Qəbələ bir müddət Qafqaz Albaniyasının mərkəzi olmuş, sonra isə Şirvanşahlar dövlətinin və Şəki xanlığının tərkibinə daxil olmuşdur.
Eramızın I əsrinə aid Yunan və Roma yazılı mənbələrində (Pliniy) adı çəkilən qədim “Kabala” şəhəri təqribən 2000 il bundan əvvəl salınmış və 600 ildən çox bir müddətdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qədim Qəbələ şəhərinin qalıqları müasir Qəbələnin yaxınlığında (ondan 15 km məsafədə) indiki Çuxur Qəbələ ərazisində yerləşir.
Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Əmili kəndindəki Alban məbədi (IV əsr), Bayram Koxa kəndindəki Ustacan qülləsi (IX əsr), Nic kəndindəki Hacı Qərib məscidi və Çotari Alban kilsəsi, Həzrə kəndindəki Şeyx Bədrəddin və Şeyx Mənsur türbələri (XV əsr), Şəfili kəndindəki məqbərə (XVII əsr) və s. bunlara misaldır.
Şəki şəhəri Böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında yerləşir. Şəki ətrafında erkən orta əsrlər memarlığının çoxsaylı abidələri – qalalar, müşahidə qüllərləri, kilsələr, Qafqaz Albaniyası dövrünə aid məbədlərin xarabalıqları tapılmışdır. Dövrümüzə çatan memarlıq abidələrindən Şəki Xan sarayı, Qala divarları, Kiş Alban məbədi, Yuxarı və Aşağı karvansaray qorunub saxlanılır.
Şəki həmçinin dadlı mətbəxi ilə də tanınır. Şirniyyatlardan Şəki halvası, fətir, bamiyə, yeməklərdən piti, Şəki gürzəsi ən məşhurlardandır.
Azərbaycanın tarixi yerləri və abidələri haqqında daha ətraflı məlumat üçün keçidlər:
Şamaxı - Qəbələ - Şəki turu ( 4 gün / 3 gecə )
Birinci gün
1.Aeroportda qarşılama
2. Otelə transfer və yerləşdirmə
İkinci gün
1. Səhər yeməyi
2. Bakıdan yoladüşmə
3. Diri Baba məqbərəsi – Mərəzə
4. Cümə məscidi – Şamaxı
5. Yeddi Gümbəz məqbərəsi – Şamaxı
6. Günorta yeməyi – İsmayıllı
7. Lahıc
8. Şam yeməyi (Qəbələ)
9. Qəbələdə otelə yerləşmə
Üçüncü gün
1. Səhər yeməyi
2. Xotaari kilsəsi – Nic
3. Qədim Bulon kilsəsi - Nic
4. Qədim Qəbələ qalası – Çuxur Qəbələ
5. Yeddi gözəl/Nohurgöl (günorta yeməyi)
6. Qəbələnd
7. Tufandağ
8. Şam yeməyi (Şəki)
9. Şəkidə otelə yerləşmə
Dördüncü gün
1. Səhər yeməyi
2. Xan sarayı və xan sarayının içindəki muzeylər
3. Karvansaray
4. Yuxarı baş məhəlləsi
5. Günorta yeməyi
6. Alban kilsəsi
7. Giləhli (çaysüfrəsi)
8. Bakıya yola çıxmaq
Daxildir:
Otel
Tərcüməçi-bələdçi
Transfer
Qidalanma
Muzeylərə giriş bileti
Daxil deyil:
Avia bilet
Qeyd:
Proqram istəyinizə uyğun hazırlana bilər.