Qobustan
Qobustan qoruğu Azərbaycanın şərq hissəsində, Qobustanın Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarında yerləşir. Qobustan qoruğu təkcə respublikamızda deyil, həm də dünya miqyasında, qayaüstü oymalar və ibtidai mədəniyyət abidələri ilə tanınmışdır. Bu abidələrdə minlərlə qədim təsvirlər, içki hazırlamaq və yağış suyu toplamaq üçün qablar, heyvan saxlamaq üçün iki tərəfli çuxurlar, işarələr, qədim yazmalar aşkar edilmişdir. Qeyd olunan bu abidələr qədim insan tərəfindən yaradılmış və onun kənd təsərrüfatı və intellektual fəaliyyətinin əksidir. Qobustanın Petroqlifləri keçmişin bədii xronikalarıdır. Onlar bəşəriyyət tarixinin öyrənilməsinə və ibtidai sənətin bir çox sahələrinin öyrənilməsinə böyük köməklik ediblər: qrafika, musiqi, rəqs, daş emalı və s. Qobustanın abidələrinin yaranması təxminən 20 min il əvvəldən, Üst Paleolitin sonundan başlayır.
Ətraflı məlumat üçün keçid:
Qobustan
Daxildir:
-Transfer
-Giriş biletləri