Gecə Turu

Gecə Turu

Otel – Şam yeməyi – Dağüstü Park – Filarmoniya bağı – Otel

Dağüstü Park -
1918-ci ildə Bakı uğrunda döyüşlərdə öldürülən Azərbaycan və Türk əsgərlərinin məzar yeridir. Həmçinin 90-cı illərdə öz ölkələri üçün müharibədə şəhid olan şəhidlərin qəbirləri burada yerləşir. Ancaq bu ərazi Bakıda gəzmək, istirahət etmək və dəniz mənzərəsindən zövq almaq üçün ən sevilən yerləndəndir. Burada klassik musiqi dinləyərək təmiz havada şəhəri seyr edə, Dağüstü Park kafedə çay içməklə istirahət edə bilərsiniz. Buradan Bakının necə gözəl və möhtəşəm şəhər olduğunu görmək imkanı qazanırsınız.

Flarmoniya bağı - Bakının qədim hissəsinin yanında, İçəri şəhərin yanında yerləşir. 4.6 hektar ərazini əhatə edən bağ, 1830-cu ildə Bakı komandanlığı R.R.Foven tərəfindən təsis edilmişdir. Bağça nadir ekzotik ağac və bitkilər ilə qala divarının yanınında yaradılmışdır. 1907-ci ildə yanğın yay ictimai yığıncaq klub binasını məhv elədi. 3,640 kvadratmetrlik sahəsində konsert salonu, yaz teatrı və restoranı ilə yeni ictimai yığıncaq klub binası tikildi.
Klub İtaliyanın intibah dövrünə xas tərzdə, həm Şərq, həm də Qərb təsirləri ilə tikilmişdir. Hazırda Flarmoniya konsert zalı qübbə və iki kiçik qüllədən ibarətdir. İnsanlar binanı iki minarəli məscidə bənzərliyini şərh edirlər. Eleqant tikili yaşıllığa baxan terraslarla qeyri-adi, nağıllardakı qala təəssüratını yaradır.


Şam yeməyi - bu unikal ekskursiya vasitəsi ilə siz unudulmayacaq yerli yeməkləri dadmaq üçün şans əldə edəcəksiniz.
Bu ekskursiya ilə Azərbaycan yemək və qəlyanaltılarının yaranması və təkamülünü kəşf edin. Türk xalq mətbəxlərindən biri olan Azərbaycan mətbəxi Ərəb, Qafqaz və Orta şərq kimi mətbəxlərin təsirinə məruz qalıb. İstifadə olunan inqredientlərin harmoniyası, müxtəlif souslar və ədviyyat növləri Azərbaycan mətbəxini ən yaxşılardan biri edir. Yeməklərdən biri olan plovun (düyüdən hazırlanır) 40-dan çox növü vardır. Təsəvvür edin ki, bu cür möhtəşəm bir mətbəxdən dadmaq şansınız var. Nuş olsun!

Daxildir:

-Transfer
-Şam yeməyi

Ətraflı məlumat üçün keçidlər: 
Dağüstü Park
Flarmoniya bağı