Bakı turu

Bakı turu

Bakı şəhəri Azərbaycanın paytaxtı, Xəzər dənizinin mirvarisi, Qafqaz bölgəsində ən böyük ticarət şəhəri və mədəni-tarix mərkəzidir. 
Bakının iqlimi Aralıq dəniz tipli quru və subtropikdir. Mayın əvvəlindən başlayıb sentyabr ayının ortalarına kimi davam edən uzun yay quru və isti keçir. Bakıda qış mülayim keçir, belə ki, yanvar ayında orta temperatur 3-5 dərəcə olur. Qış adətən qar və şaxtasız keçən günəşli günlərdən ibarətdir.

Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri günümüzə qədər qorunub saxlanılmışdır:

İçərişəhər Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. İçərişəhərdə 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. Bu günə qədər qorunub saxlanılmış abidələrə Şirvanşahlar sarayını, Qız qalasının, Sınıqqala məscidini misal göstərmək olar.

Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsində cənub-şərq hissəsində yerləşir. “Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir.
Bakının ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır. Qobustan dağlarında daş dövrünə aid çoxlu sayda qayaüstü təsvir, düşərgə, yaşayış məskəni vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar. 

Bakı mətbəxi dedikdə rəngarəng və çeşidli xörəklər göz önünə gəlir. Onların arasında dəvə qutabı, düşbərə, şah plov ən məşhurlardandır.
Bakı bağlarının ən yaxşı meyvələri əncir, ağ-qara üzüm (şanı), badam, püstə, zeytun, iydədir. Göyərtisi, müxtəlif ədviyyatları, zəfəranı, pomidoru ilə çox məşhurdur.

 

 

Azərbaycanın tarixi yerləri və abidələri haqqında daha ətraflı məlumat üçün keçidlər:

  1. Dağüstü park
  2. İçərişəhər
  3. Şirvanşahlar sarayı
  4. Miniatür kitab muzeyi
  5. Qız qalası
  6. Bakı bulvarı
  7. Xalça muzeyi
  8. Müasir incəsənət muzeyi
  9. Heydər Əliyev mərkəzi
  10. Qobustan qayaları
  11. Palçıq vulkanları
  12. Atəşgah
  13. Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi
  14. Yanardağ

 

      Bakı turu ( 3 gün / 2 gecə )


Birinci gün

1. Aeroportda qarşılama
2. Otelə transfer və  yerləşdirmə


İkinci gün

1. Dağüstü park
2. İçərişəhər gəzintisi
a. Şirvanşahlar sarayı
b. Miniatür kitab muzeyi
c. Qız qalası
3. Bakı bulvarı
4. Xalça muzeyi
5. Nahar - milli mətbəx 
6. Müasir İncəsət muzeyi
7. Heydər Əliyev mərkəzi
8. Otel transfer


Üçüncü gün

1. Qobustan qayaları
2. Palçıq vulkanları       
3. Günorta yeməyi
4. Atəşgah
5. Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi
6. Yanardağ
7. Otel transfer


Daxildir:

Otel
Tərcüməçi-bələdçi
Transfer
Qidalanma
Muzeylərə giriş bileti

Daxil deyil:
Aviabilet

Qeyd:
Proqram istəyinizə uyğun hazırlana bilər.