Şahdağ turu

Şahdağ turu

“Şahdağ” Turizm Mərkəzi Bakıdan 212 km məsafədə yerləşir, adını isə Azərbaycanın Rusiya ilə sərhədinə yaxın, Qusar rayonu ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin zirvəsi olan Şahdağ zirvəsinin (dəniz səviyyəsindən 4243 m hündürlükdə) adından götürmüşdür.

“Şahdağ” Turizm Mərkəzində fəaliyyət göstərən xizək mağazasından siz ən müasir ləvazimatları satın ala və ya icarəyə götürə bilərsiniz, mağazamızda çalışan personalımız sizə xizəksürmə bacarığınızdan asılı olmayaraq bu əyləncəli idman növündən zövq almağınız üçün peşəkar məsləhətlər verəcəklər.

 Yeni başlayanlar, eləcə də təcrübəli xizəkçilər üçün xizək məktəbi mövcuddur. Sizin rahatlığınızı təmin etmək üçün burada həm fərdi, həm də qrup şəklində dərslər təşkil edilir.

Süni qar yaradılmasında istifadə olunan ən son texnoloji avadanlıqlar 13 yamacda qış mövsümü boyu qar örtüyünü təmin edir. Bununla yanaşı Şahdağı kəşf etmək üçün ən müasir liftlər və qondola qaldırıcıları da sizin ixtiyarınıza verilir.
Beş ulduzlu "Şahdağ Hotel & Spa" qonaqpərvərliyin lüks və ən yaxşı standartlarını özündə əks etdirir. Müasir daxili interyerli və mükəmməl imkanlar təklif edən geniş və zərif otaqlarımız, qonaqların rahatlığı və təhlükəsizliyini təmin etmək üçün xidmətinizdədir. Otel, Superior, Junior Suite, Suit və Prezident Suite daxil olmaqla, dörd kateqoriyalı 173 qonaq otağı təklif edir.

 

Şahdağ turu ( 6 gün / 5 gecə )


Birinci gün

1. Aeroportda qarşılama
2. Otelə transfer və  yerləşdirmə


İkinci gün

1. Səhər yeməyi
2. Bakıdan yola düşmə
3. Otelə yerləşmə
4. Günorta yeməyi
5. Qırmızı qəsəbə
6. Şam yeməyi
7. Otelə transfer


Üçüncü gün

1. Səhər yeməyi
2. Şahdağ Mountain Resort
3. Günorta yeməyi
4. Şahdağ Mountain Resort
5. Şam yeməyi
6. Otelə transfer


Dördüncü gün


1. Səhər yeməyi
2. Şahdağ Mountain Resort
3. Günorta yeməyi
4. Şahdağ Mountain Resort
5. Şam yeməyi
6. Otelə transfer


Beşinci gün

1. Səhər yeməyi
2. Şahdağ Mountain Resort
3. Günorta yeməyi
4. Şahdağ Mountain Resort
5. Şam yeməyi
6. Otelə transfer


Altıncı gün

1. Səhər yeməyi
2. Bakıya yola düşmə
3. Aeroporta transfer

Daxildir:
Otel
Tərcüməçi bələdçi
Transfer
Qidalanma
Muzeylərə giriş bileti
Xizək sürmə avandanlıqlarının kirayələnməsi
Kanat

Daxil deyil:
Aviabilet

Qeyd: Proqram istəyinizə uyğun hazırlana bilər.